Adilə Nəzərin ŞEİRƏ ÖZƏL BAXIŞI

YAZARLAR 16:49 / 05.05.2025 Baxış sayı: 14517

İlk insanın Şərqdə yaranması hər kəsə bəllidir.

Bəs bunu da bilirdinizmi ki, ilk insanın danışma şəkli şeir şəklində olub. (eynən müqəddəs kitablardakı kimi, qismən qafiyələnmiş, mənsur şeir misalı)

Daha sonra Qərbdə bu danışıq forması yerini sistemli düşünmə və danışma şəklinə verərək tamamilə dəyişdi. Dəqiq desək, Qərb fəlsəfəsi insanın danışıq şəklini belə sistemləşdirdi.

Demək istədiyim odur ki, düşünə-düşünə şeir də yazırıq, fəlsəfə də yaradırıq, ancaq bu sistemsiz yazılan şeirin yerini vermir.

Şeirin hikməti zatən onun yaranmasındadır, sistemləşdirdikcə şeir şeirlikdən çıxıb fəlsəfəyə dönür.

Bunu mən də öz şeirlərimdə (müqayisədə bəzilərindən az, bəzilərindən çox) hiss edirəm.

Halbuki, Şərqin şifahi xalq ədəbiyyatında insan, dünya və Tanrı haqqında qafiyələnmiş hikmətlər sistemləşdirilmiş Qərb ədəbiyyatı vasitəsilə bizə sərbəst şeir şəklində dönür. Və nədənsə müasir dövr adamına o şeir forması daha cazib gəlir.(mi?)

...nə isə. Uzandıqca uzanır bu mövzu, ancaq görünən budur ki, insan ilk yarananda daha mükəmməl idi, hətta danışığı da...