Aləmzər  Sadiqqızı : - Sən olan diünyaya bir də gəlməzdim...

Ədəbiyyat 10:25 / 10.06.2025 Baxış sayı: 1589

 

Sən mənim ömrümrə gəlsəydin əgər,

Əmin ol bəlkə də daha gülməzdim...

Desələr dünyaya yenidən gəlim,

Bir də doğulmaqçün inan ölməzdim...

Sən olan dünyaya bir də gəlməzdim!

 

Soruşma mən sənsiz nəyəm, necəyəm ...

Günəşli səhərəm, qəmli gecəyəm,

Təpədən dırnağa bir bilməcəyəm...

Bilsəm heç bir zaman səni sevməzdim,

Sən olan dünyaya bir də gəlməzdim!

 

İşimi-gücümü atıb bir yana,

Alışdım odunda hey yana-yana,

Allah gətirməsin bizi yan-yana,

Bilsəydim sevginə boyun əyməzdim,

Sən olan dünyaya bir də gəlməzdim!

Aləməm qoy məni sevməyən ölsün!

 

Nə könlü, nə gözü, nə uzü gülsün...

Yanımda yer yoxsa yerini bilsin...

Gərək heç qəlbinin tozun silməzdim,

Sən olan dünyaya bir də gəlməzdim!

9.6.2025.