Ağaevki Əli Hacı :- Fələyi tapa bilsəydim...

Ədəbiyyat 08:43 / 13.04.2025 Baxış sayı: 807

Fələyi tapa bilsəydim,

Göydən yağış,yerdən külək ağlayardı mənə !

Elə qarışdırmışam sevinci qəmə,

Bir az ağıl,bir az ürək ağlayardı mənə !

 

Suyumu daş duruldardı,

Çörəyim nədəndi fərqi yox,buğdadı,arpadı !

Bu ömrün bir də gəlməyəcək ardı,

Oxşayıb,göyçək ağlayardı mənə !

 

Ayrılığın özü kimiyəm,

Özü,öz ağzında yanan kəlməyəm !

Bilmək olmaz öləm,ya ölməyəm

Bilən olmasın deyə,tək ağlayardı mənə !