Şakir Xanhüseyn: -  ARZULAR üzərinə bir şeir...

Ədəbiyyat 08:03 / 28.04.2025 Baxış sayı: 3341

 

Mənim arzularım vardı

köhnə evimizin taxta rəfində yan-yana

düzülmüş kimi sanki

ən çox da

rəfin bir küncündə üst-üstə yığılmış nağıl, dastan kitablarının

arasında sanki...

rəfdə nizamla, səliqəylə yerləşdirilmiş

çini kasaların, dəmir dərinkələrin içində sanki...

xəfə yerlərdə-

şalban diblərində hörümçək toruna düşmüştək sanki

heç vaxt o torlardan qurtarmayıblar sanki..