Adilə Nəzər : - Ümidsiz ümidlər

***
Ümidsiz ümidlər ardınca qaçdım,
Neyləyim, bu həyat durmaqla keçmir.
Sən bahar ruhlusan, mən payız ruhlu,
Onunçün, gözlərin məndən su içmir.
Onsuz da hər tamda vardır bir kəsir,
Sudan qorxan adam üzə bilərmi?
Başımda sərt qovaq yelləri əsir,
Külək düyünləri çözə bilərmi?
Soyadım Nəzərdir, adım Adilə,
Adil olan kəsə boş nəzər olmaz.
Gözləri sərrafa, ağlı kamilə,
Şüşə qırığından simuzər olmaz.
05.05.2025