Adil Şirin : - Bir çiçək açar, solar...

# # #
Bir çiçək açar, solar
Köksümüzün altında.
Bir xəyal uçar göyə,
Ağ bulud qanadında.
Sevdamız qarışdı ayrılıqlara,
Aynalarda bir sirr gizlənib yenə.
Gözlərin aynalardan
Boylanıb baxır mənə.
Aynalarda bir sevda,
Könüldə hicran duyğusu.
Gün işığı vurur pəncərələrə,
Açdım pəncərəni nərgiz qoxusu...
...Allah bizə murad ver,
Bir cüt bəyaz qanad ver...