"Nəsrimizin ağır artilleriyası" anıldı

Bu gün, yəni 12 aprel 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə"Nəsrimizin ağır artilleriyası" adlı tədbir keçirildi.
Tədbirdə bölgə yazarları,ziyalılar və gənclər iştirak etdilər.
Görkəmli yazıçının həyat və yaradıcılığı barədə Bölmənin sədri yazıçı Qafar Cəfərli geniş nəruzə ilə çıxış etdi. Sədrin məruzədən sonra tədbir çıxışlarla davam etdirildi. Çıxış edənlər böyük söz ustadı , Xalq yazıçısı Süleyman Rəhimovla ilə bağlı xatirələrini, onun möhtəşəm əsərləri ilə haqqında fikir və düşüncələrini bölüşdülər.
Tədbirin ən maraqlı məqamlarından biri də Xalq yazıçısının anım gününün iştirakçısı olan gənclərin sovet və müasir dövr yazarları ilə bağlı maraqlı fikirlərin bölüşülməsi oldu.
Bütün reaksiyalar:
74Elman Eldaroğlu, Meyxoş Abdullah və başqa 72 nəfər



jpg-1744478235.jpg)