Elşən Əzim : - Ömürdən

Ədəbiyyat 12:50 / 14.04.2025 Baxış sayı: 1048

Ömür bizi yeyir, doymur,

Usanan bizik ömürdən.

Adam barmağa çevrilib,

Keçir bu üzük ömürdən.

 

Son nəğmədə, səsdə qalan,

Zildə qalan, pəsdə qalan.

Bir qara daş üstə qalan,

Bir kəlmə sözük ömürdən.

 

Yoxuş qalxıb dağ çıxmışam,

Yenə üzü ağ çıxmışam.

Allah, necə sağ çıxmışam,

Bu əzik-üzük ömürdən?

13.04.2025