Ağamir Cavad : - UCA ALLAH

Ədəbiyyat 18:35 / 13.04.2025 Baxış sayı: 956

 

Qəlbimdə od qalamısan,

Ürək dönüb saca, Allah.

Eşqə açıq olub hər an

Bu qapı, bu baca, Allah.

 

Zaman bənzər axan çaya,

Günlər dönür ilə, aya.

Yaratdığın bu dünyaya

Eşqlə açdım qucaq, Allah.

 

Yerin göyə salamıyam,

Müqəddəs haqq kəlamıyam.

Eşq odunun davamıyam,

Oldum eşqə ocaq, Allah.

 

Mizanımdır haqqın səsi,

Özün ayır yaxşı, pisi.

Rəhmlilər rəhmlisi,

Ucalardan uca Allah.