Fərhad Tapdıqoğlu: - Adama

YAZARLAR 08:52 / 14.04.2025 Baxış sayı: 1023

 

Dostumla getdik bir köynək aldıq adama..Sonra 20 manat ayırdıq adama ..Yola düşdük yaxınlıqdakı o dama.. Damın zirzəmisindəki kafedə yedik,içdik..iki yüz də vurduq adama...

Qayıtdıq dostumun yaşadığı o dama...

iki oyun oynadıq :əvvəl şahmat,sonra isə dama...

Söhbətləşdik,mübahisə də etdik ..dostum bır az keflənmişdi..Dedi: Əşşi kimdi ee Obama???

Mən sakitləşdirdim onu..mövzunu dəyişdim.Dedim: " Tanıyırsan ? İspan futbolçusu var ee ,adı da Adama..."

Dostum yenə özündən çıxdl:

"Futboldan danışma da,yekə kişisən ,neçə dəfə deyərlər adama??? Qurtaraq söhbəti ..yoxsa sən deyəcəksən Adama,mən də Obama..Gedək adama bir şalvar alaq dama- dama.."

Çıxdıq damdan...yağış başlamışdı yağmağa...getdik ...üstümüzdən-başımızdan yağış dama- dama getdik ...bir dama- dama şalvar aldıq adama..

Qayıtdıq yenə dostum gilə.Damları damırdı,baxdıq daman damcılara üzümüzdən su dama- dama...Otağa dama- dama damcılar orada göl yaratmışdl ,bir kiçik göl..Dostum tez çıxdı dama..

Bir bayatı fikirləşib çızma- qara elədim:

Şalvarı dama- dama,

Dostum dırmaşdı dama.

Damı təmir eylədi,

Qoymadı ki ,dam dama..

Dostum işin qurtarıb ,aşağı düşdü..İncəvara bəyəndi bayatını.Dedi: "Ləzzət eləyir adama."

Bir bayatı da bədahətən gəldi:

Aşiqinəm ,bu dama,

Bu otağa ,bu dama.

Damdan çıx gedək bağa,

Bağda edək budama....

Yağış kəcəndə damdan çıxıb,getdik bağa ...dostumun xoşuna gəldi budama...İşlədik,yorulduk..Qayıtdıq dama,sinəmizdən,başımızdan tər dama- dama..

Çay dəmlədi dostum..bir neçə stəkan mürəbbəli çay içdik adama..

.....Sağlıq olsun ,lşləyək, bir az pul toplayaq adama..gedək Türkiyəyə..gəzərik ..hələ dillər əzbəri olan kababdan da yeyərik.. kabab..şəhərsə Adana!

.....Bu yazımı oxuyanlar ,yazın bura..Bu yazım xoş gəlir adama???..