Ahıl yaş, adamın itən yaşıdı - Fəxrəddin Teyyub

Ədəbiyyat 08:37 / 14.04.2025 Baxış sayı: 981

 

Bahar, ümidimi daha bitirməz,

Arzuma, kamıma məni yetirməz.

Qürubun yolları sevinc gətirməz,

Yolçusu ömrümün gedən yaşıdı.

 

Ocağın yanmasa, bacalıq deyil,

Görünən hər zirvə ucalıq deyil.

Saçların ağlığı qocalıq deyil,

Ruhumun bülbül tək ötən yaşıdı.

 

Varamsa, hər yerdə gərək görünüm,

Sevincə bələnim, qəmə bürünüm.

Gec gəlsəm darıxma, ay ömrüm, günüm,

Ahıl yaş, adamın itən yaşıdı.

12. 04. 2025.