Kəramət : - GÖRMÜRSƏNMİ ZƏLZƏLƏDİ

YAZARLAR 08:20 / 14.04.2025 Baxış sayı: 1049

 

AYRILIQ BALI GÜCÜNDƏ?

PALTAR ŞKAFLARININ

...SOYUDUCULARIN zibilliyə atılmaq fəsliydi,

Fəsli-bahar deyildi, Həbibim, fəsli ayrılıqdı bu..

İndi əlimdə tutduğum əlin

sabah arxamca yellənən ağ yaylıqdı.

Hər yanı boşluq olan kəndirbazam.

Ütüyə, ütü stoluna sarılmışdı xanım..

şairlərin ütülü sözlərinə inanırdı hələ də...

"İndi kimsə ütülü paltar geymir" pıçıldayırdım, zalımcasına.

Mən nağıl danışa bilmirəm oxucuya

sevilmək belə istəməm.

Yataq taxtı da atılıb çoxdan.

küçə aftomat telefonunundan

kimsəyə zəng çatmaz...2 qəpik də yox

"Gözləmə zalı" bomboşdu vağzalda, limanda...

Ürəyimizdən söküb atmışıq gözləntiləri.

HƏBİBİM, ÇIX VAXTIN XARABA QALIQLARI ALTINDAN

Görmürsənmi zəzələdi AYRILIQ BALI GÜCÜNDƏ?