Şakir Xanhüseyn : - KİM BİLMİR

Ədəbiyyat 11:44 / 02.05.2025 Baxış sayı: 6521

 

 

Bəzən öz-özünə gülüb-

-ağlamağı kim bilmir.

Yarasını yarasıyla

bağlamağı kim bilmir...

 

Sərt daşa da çat düşürür

səslərdəki həsrət, qəm;

Ürəyində həmişə od

saxlamağı kim bilmir...

 

Sarı simə dönüb hamı,

bir balaca toxun, gör...

Köksünə köz basılırtək

yuhlamağı kim bilmir...

 

Çalınan bütün havalar

bir darıxmaq havası...

Göz yaşıyla əkdiyini

sulamağı kim bilmir...

 

Kədər bizdən biri olmuş,

aramızda o, çoxdu;

Ahı ilə ocağını

qalamağı kim bilmir?!