"Yurt hasreti"  İstanbulda çap olundu - yazdı Əbülfət

YAZARLAR 09:12 / 12.06.2024 Baxış sayı: 1346

Hər  bir  yaradıcı  insanın, xüsusi ilə söz  adamının həyatındakı önəmli  hadisələr  içərsində  önə  çıxan  məqamlardan bəlkə də ən birincisi  daha  çox  oxucu  təması, daha  böyük   corafi  məkanda  tanınmaqdı.  Bu  mənada  əgər  şair  və  yaxud  yazıçı   doğulduğu  məkanın sərhədlərini öz  sözü  ilə  aşırsa , demək o  öz  məsuliyyətini  də artırmış olur. Bir az da   dəqiq  ifadə etsəm, bu  artıq  müəllifin  dünyaviliyə doğru  addımlaması, aid olduğu  xalqın, onun ədəbiyyatının  təbliği  istiqamətində   uğurlu  gedişi  deməkdir.

Bu  bir  tarixi gerçəklikdir ki, ölkəmiz  müstəqillik əldə etdikdən sonra  yaradıcı  insanların  böyük  dünyaya  çıxışı da  asanlaşdı...Qarşılıqlı əlaqələr, internet  təmasları  və  digər  mövcud  variantlar   şair  və  yazıçılarımızın   əsərlərinin  başqa  dillərə çevrildilməsində , eləcə də  xarici  ədəbiyyatın ana  dilimizdə  yayılmasında  müstəsna  rol  oynadı  və  bu  gündə  həmin proses  davam etdirilir.

Azərbaycan oxucusunun imzasını, sözünü  və   sahibi  olduğu  "Yada düşdü" dərgisini də yaxşı tanıdığı Nəzakət Məmmədli   bu  günlərdə   yeni uğura imza atıb.Belə ki, onun İstanbulda dəyərlimiz İmdat Avşarın çevirməsində  "Yurt hasreti"  adlı  kitabı  işıq  üzü  görüb. Çox orjinal  bir  dizayna  malik olan  bu  kitabda  azərbaycan oxucusunun, o cümlədən də elə  mənim də artıq ölkə  mətbuatında , həmçinin  Nəzakət xanımın Bakıda  çap  olunmuş  kitablarında  oxuyub  bəyəndiyimiz   şeirlər  yer  alıb. Yaradıcılığında  Vətən, Torpaq, Yurd, Ana, Şəhid, Əsgər mövzularına  həmişə  böyük  yer ayıran, bu  mövzularda bir- birindən  maraqlı  şeirlər  yazan  Nəzakət  Məmmədlinin  bu  kitabı da  İmdat Avşarın  peşəkar  çevirməçiliyi  diqqətimi  özünə çəkdi. Belə ki, İmdat Avşar  müəllifin   təkcə  fikirlərini deyil, onun hisslərini  də  qardaş   məmləkətin oxucularına  çatdırmaq kimi  zəruri  bir  işin öhtəsindən   uğurla  gələ bilmişdi.

Bu  fikri ona  görə  xüsusi  vurğulayıram ki, mükəmməl  çevirmə  müəllifi oxucuya  olduğu  kimi, orjinal kimi təqdim edir. Və  elə "Yurd hasreti"-de  bu  qəbildən olduğu üçün yəqinki, artıq  qardaş məmləkətdə də öz oxucusunu tapıb.

Mən kitabdakı  şeirlərin , demək olar ki, hamısını  türkiyə türkcəsinə  çevrilmiş formada  təkrar oxudum.Onlar  barəsində zamanında yazdığım oxucu  düşüncələrimdə  yanılmadığımla  bir daha  razılaşdım.Və  bu  razı qaldığım  istəklə də Nəzakət xanım Məmmıdlini  təbrik edir, ona geniş corafiyalarda  yeni  uğurlar   arzu edirəm.Və  bir də həm Nəzakət xanıma, həm də  bütün  yazarlarımıza  YURD  HƏSRƏTİNDƏN  deyil,Yurd ATƏŞFƏŞANLIĞINDAN, ZƏFƏRİNDƏN, VÜSALINDAN kitablar yazmağı arzu edirəm.