Yaddaşlara  yazılan GÖRÜŞ

Ədəbiyyat 14:11 / 10.02.2024 Baxış sayı: 1832

Bu gün AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə Lənkəran şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin akt salonunda anadan olmasının 65 illik yubileyi münasibətilə respublikanın əməkdar jurnalisti, "ƏDALƏT " qəzetinin baş redaktorun birinci müavini,tanınmış şair,publisist ƏBULFƏT MƏDƏTOĞLU ilə oxucuların görüşü və imza günü keçirildi.

Tədbirdə bölgənin çox saylı yazarları,ziyalılar və oxucular iştirak etdi.

Çıxış edənlər yubilyar haqqında ürək sözlərini dedilər,şairə həsr etdikləri və şairin öz şeirlərini ifa etdilər.

Sonda yubilyar tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirdi, son illərdə nəşr olunmuş kitablarından avtoqrafla oxuculara və kitabxanaya hədiyyə etdi.