Xəyalə Sevil  : - Ürəyindən bərk yapış,

Ədəbiyyat 12:06 / 08.05.2025 Baxış sayı: 1263

Ürəyindən bərk yapış,

Sözünü tut, deyirəm...

Bu nə yükdü gözümdə?

Mən ki bulud deyiləm.

 

İşdi, ayrılıq gəlsə,

Unutmaram- qətidi.

Sevə bilmək insanın

Ən yaxşı cəhətidi.

 

Ürəksizəm- nəyim var,

Səndə qoyub getmişəm.

Gör mən sənə nə gözəl

Sevilmək öyrətmişəm.