Xatirə Rəhimbəyli : -  Çıxarmışam

Ədəbiyyat 07:57 / 07.05.2025 Baxış sayı: 1074

Qoymamışam ölə bu ulu sevda!

Bu günə gətirib sağ çıxartmışam!

Daşıya bilmirdi Sizif bir daşı!

Mən dağın üstünə dağ çıxartmışam!

Neynək,

itirdilər bu haqqı-sayı!

Qəlbim sinıq-sökük – haqdan dolayı...

Dərdini almışam, dünya,

havayı,

Köksündən bu qədər ah çıxartmışam...

Fələk,

nə vecinə mənim savaşım!

Dərdim oyuncaqdı,

qatılır başım...

Belə,

ömrü boyu,

yuyub göz yaşım,

gecəni səhərə ağ çıxartmışam...