Xatirə Fərəcli : - Götür get

Ədəbiyyat 14:45 / 31.01.2023 Baxış sayı: 1215

 

Ancaq özünü sevdin sən

Saldın gözümdən istəyi.

İçin, çölün sazaq, şaxta

Dondurdun isti hissləri.

 

Qandığın mətləb deyilmiş

Könül işi, sevgi, demə.

Söküb param-parça etdin

Etibarı dönə-dönə.

 

O tapdaq, o xarabalıq

Ürəyini götür apar,

Zir-zibil qoyma geriyə

Hisslərim saflığa çapar.

 

Götür rəngsiz duyğuları,

Nimdaş sevgini götür get.

Gələndən elə hazırmış

Geri qayıtmağa bilet.