Xanım İsmayılqızı : -Bataqlıqda...

Bataqlıqda,
Xoşbəxtliyi düşünmək qədər absurddu
Həyat...
Yalnız azad olmaq istəyi var...
Harasa atılmaq çırpıntısı qalır...
Harda olsa yaşamaq gələ,
satmaya səni ona-buna...
O da canını ya ala, ya almaya...
Bataqlıqda,
Tapa bilməyəcəyini bilə-bilə,
gücsüz qalan ayaqlarını və əllərini,
bir də azan başını axtarırsan...
O da ya salamat qala, ya qalmaya...
Bataqlıqda,
Ölümün də əlindən tutacaq qədərdi məna...
Nəfəsinin harda gəzişdiyini də unudub,
qayıtmaq ümidində üzülürsən...
O da içinə ya dola, ya dolmaya...
Bataqlıqda,
Papağını qarşına qoyub düşünmək yeri yox...
Düşüncən də bataqlıq kimidi,
Hər şeyi batırıb...
Səsin sözündə batıb,
Sözün də adamların qulağında...
Ümidin Allaha qalıb...
O da yanında ya ola, ya olmaya...