Vasif Süleyman - VARMI…

Ədəbiyyat 13:45 / 02.06.2026 Baxış sayı: 328

 

Ay bu məzarın yiyəsi,

Orda torpaq, dəniz varmı…

Aranızda havalınız,

Dəli-divanəniz varmı…

 

Axşamınız, sabahınız,

Savabınız, günahınız.

Orda sizin Allahınız,

Allahsız bəndəniz varmı…

 

Nə yaman qucmusuz yeri,

Kimdi ölü, kimdi diri.

Qayıdanda mənnən geri,

Kəndə dönəniniz varmı…