Tural Cəfərli - Yazdığım sonuncu şeiri

Ədəbiyyat 09:40 / 02.06.2026 Baxış sayı: 451

Yazdığım sonuncu şeiri

ilk kim oxuyacaqsa,

indidən məni bağışlasın.

 

Gecə oxusa, yuxusuna bağışlasın,

Körpəsi varsa, qoxusuna bağışlasın.

Tənhadırsa, varlığını alqışlasın

və hamını bağışlasın…

 

Sonuncu şeirimə içdiyim andı,

Heç vaxt pozmayacağıma bağışlasın.

Son dəfə yazdığım şeirdən sonra,

Bir də şeir yazmayacağıma bağışlasın