Ulkər Nicatlı : -Məktub

Ədəbiyyat 13:13 / 05.06.2025 Baxış sayı: 1480

 

Allah,sənə yazdığım o məktubu,

Hansı mələk oğurladı görəsən?

Özün söylə indi harda durum ki,

Bircə dəfə əhvalımı görəsən?

 

Üz gözündə son ümidin ahı var,

Yanağımda yarpaqlayan payızın

Bir mələyin dodağından yıxılan,

O təbəssüm könlün açmaz bu qızın.

 

Bu unutqan adamların içində,

Mən ki,səni unutmadım, ilahi

Bəxt yazdığın o dəftərin içindən,

İtkin düşüb mənim adım,ilahi

 

Bəyaz-bəyaz varaqlarla bu axşam,

Qurban olum, yenə səndən danışdım.

Şair qəlbi ərköyündür, bilirsən

Bağışla ki , işlərinə qarışdım.

18.09.2020.