Tahir  Rzayev, millət  vəkili : - " Əməkdaşlıq  hər bir ölkənin milli maraqlarına töhfədir."

SİYASƏT 18:08 / 14.10.2025 Baxış sayı: 2839

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Düşənbədə MDB Dövlət başçıları Şurasının iclasındakı çıxışı bir daha göstərdi ki, dövlətimiz ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə, münasibətlərin sağlamlaşdırılmasına və yaxşılaşdırılmasına böyük önəm verir”.

Yenises.az  xəbər  verir ki, bu  fikri   mətbuata açıqlamasında  millət vəkili Tahir Rzayev bildirib.

Millət  vəkili  əlavə  olaraq  onu da  diqqətə çatdırıb  ki, səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüş və bir çox vacib məsələlərə aydınlıq gətirilməsi, münasibətlərdə yaranmış soyuqluğun aradan qaldırılmasına göstərilən təşəbbüslər bu  qənaətə  gəlməyə  imkan verir.Çünki bu görüşlər, qarşılıqlı münasibətlər bilavasitə dost dövlətlərin milli maraqlarına, dövlətlərin inkişafına və xalqların xoşbəxtliyinə xidmət edir:

- Ölkəmizin rəhbəri bu dəfəki, çıxışında da əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunaraq bunu hər bir ölkənin milli maraqlarına töhfə kimi qiymətləndirdi. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi dəstəklənməsini, açılış mərasiminin yüksək səviyyədə keçirilməsini, tədbirdə qonaqlarının işğaldan azad olunmuş ərazilərə səfərlərini və görülən işlərə yüksək qiymət vərdiklərini dövlətimizə göstərilən hörmət və ehtiramın ifadəsi kimi qiymətləndirdi.

Cənab Prezident lll MDB oyunlarının Azərbaycanda keçirilməsinin dostluğa, əməkdaşlığa, qarşılıqlı maraqlara hesablandığını qeyd etməklə bundan sonra da münasibətlərin yaxşılaşacağına əmin olduğunu bildirdi.