Xanım İsmayılqızı -   İSTƏR

Ədəbiyyat 10:53 / 05.05.2026 Baxış sayı: 174

Buludlara toz qonub,

Ürəyimə söz qonub,

Yaram üstə köz qonub,

Qopmaqa bir an istər.

 

Çiynimin yükü ağır,

Bətnimdə cəki ağır,

Yükləyin nə ki ağır,

Dartmağa insan istər.

 

Kecməyə yol verilib,

Tutmağa qol verilib,

Duyğular bol verilib,

Amma ki, qurban istər.