Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

SİYASƏT 20:14 / 07.05.2024 Baxış sayı: 2394

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 7-də başa çatıb.

Yenises.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.