...Şinanay Əli yazdı Arzu Ada

YAZARLAR 09:35 / 17.11.2025 Baxış sayı: 995

...Kücə qapısı cırıltı ilə acıldı .

Əyin başından kaslbcılıq ..yetimlik yagan 30 31 yaşlarında bu kəndin Əlisi ...qəbirustanlıga dogru yol aldı .

...Düz 10 il idi ki bu yola Əli dag cəkirdi ..

Sanki hamı Əlinin o yolu gedib dönməyini gözləyirdi ..

. Şinanay ...gəl bu pulu götür iki cörək al ..

. Şinanay ...qac aptekə ..

. .Şinanay ...bu qoyunları yaxınlıqdakı örüşə burax..

... Şinanay ..Şinanay ..Şinanay ...

Və axşama qədər saysız buyruqlar bitmək bilmirdi .

Yaxşı ki bu kəndin ..Şinanayı var idi...

..

...Şinanay bu son 10 illik həyatında öz evində cörək kəsməmişdi

Hər gün bir <qonaqlıqda >..bir evdə ac qarnını doyururdu. ..əynini <təzələyirdi>..

.<.İş >olmayan dəqiqələr ..saatlarda isə Mehingilin darvazası önündə əyləşər ..

..Mehini görmək ücün dəqiqə sayardı

Mehin görünməyəndə yavaşca qapılarını acar :

. ...Meehhin sənə nə almaga gedim ?...deyə

soruşardı .

...Bakıda atasının yüksək bir vəzifədə işləyən tək qohumu hər 3 aydan bir kəndə gələr... Şinanaya baş cəkərdi .

<O>..adam Əliyə telefon alanacan kənddə onu hamı öz adıyla.. Əli ...deyə cagırardı .

Son dəfə gəlişində Əliyə bir telefon almışdı

Telefonun rəhbər yaddaşındasa tək o adamın .. Azərin adı yazılı idi .

Musuqi yaddaşında isə nədənsə türk mahnısı olan

...Şinanay ..var idi .

Bütün günü bu mahnını oxutdugundan sonra adı elə <Şinanay> qaldı..Əlinin ..

Özü də sevdi bu adı

Əli cagrılanda

. .Mən Şinanay!

..Əli yox ..deyirdi ..

Hamının dilinə də yatdı..Şinanay .

Əli bütün gün kənd aşagı ..kənd yuxarı bu musiqini oxudub o tərəf ..bu tərəfə gedərdi .

Bu musiqi Əlinin sanki< konumu> idi .

Harada səslənsə gəlib Əlini tapıb işə göndərərdilər

Bir gün <o adam>dodagı boyalı ..əzik büzük xanımı ilə kəndə gəldi ..

..Bundan cıxmayan iş ..nə yaxşı bu xanım bəyənmədiyi kəndə təşrif buyurub... deyə düşünənlər cox oldu .

Kəndə bir nugarancılıq cökdü o gün

Səhərisi gün Əli o yekə bahalı maşında görüldü

.Harasa gedirdilər

Qayıdanda Əlini tanımadılar

Yaraşıqlı oglana hamı heyrətlə baxa baxa qalmışdılar .

Bu Şinanaymı ?..deyə bir birindən soruşan belə oldu .

Saclar səliqə ilə vurulmuş . əyin başı nazir balasının əynindən secilməyən biri olmuşdu

Yetim..yesirliyi sanki hansı sehirli cubuqlasa yox edilmişdi

Bu Əlinin kəndə son vidası idi sanki

Hec kim onun bu təzə paltarına

Mübarəkdi.. demədilər..nədənsə ..

...

Səhər tezdən kənd siqnal səsinə kücəyə cıxdı

Əlini Bakıya aparırdılar. .

Dodagı boyalı xanım bildiyini etmişdi

Ərinin 3 aydan bir bəhanəylə bu kəndə gəlişini önləmək ücün planı həyata kecmişdi ..

Qurban isə bu kəndin yetimi olan Şinanay udi ..

Azər bir darvazanın önündə maşın qəfil saxladı .

...Əli... Mehinlə vidalaşmaq istərmisən .?.. deyə o adam . soruşdu .

. Hə ..İstərəm..istərəm ..

Azər dönüb yanında oturan xanıma baxdı .üz gözündən zəhər tökülürdü .

Qadının sifəti dodagının boyasından secilmirdi ..qıp..qırmızı olmuşdu

...Həyətdən Şinanayın səsi gəlirdi

Sanki aglayıb haray cəkirdi ..

...Mehin ..mənnn.gedirəm..məni aparırlar qoyma . deyə səsi bütün kənddə cıglıq verdi

....

Hələ də bu kəndin yaddaşında o səs əks verir

....Mehin qoymaaa. ..!!!