Əlirza HƏSRƏT  -  QARAÇI QIZ

Ədəbiyyat 20:00 / 12.09.2026 Baxış sayı: 574

 

(Əl açıb dilənən Qaraçı qızın söhbətindən elə duyğulandım ki...)

Yoxmu qohumun,övladın?

Quşsansa,hanı qanadın?

Qaraçı qız,nədir adın?-

Söylədi;-Bəstidir,əmi.

Götür bu qələm,bu kağız,

Yaz dərdini,Qaraçı qız...

--Dilənmək azadlığımız,-

Bir Tale qəsdidir,əmi.

Bizi külək,yağış və qar,

Çətin bu yoldan saxlayar.

Dilənib yığdığım pullar,-

Bizə eşq büstüdür,əmi.

Dilənmək çörək ağacım,

Xırda pullar taxtın,tacım.

Qoy sənə də bir sirr açım,

Əlin çox istidir,əmi...

...Xəyalım eylədi pərvaz,

Qanadlanıb uçdum bir az...

Burda adam qərar tutmaz,

Dünya yol üstüdür,əmi.