Adil  Şirin  - Gəldi xatirə mövsümü

Ədəbiyyat 20:25 / 12.09.2026 Baxış sayı: 586

* * *

Gəldi xatirə mövsümü,

Başladı yarpaq tökümü.

Çıxarmışam başımdan

Ayrılığı, ölümü...

Nə sərxoşam, nə dəli,

Tanrı ətəyində əlim.

Tale dönük, mən zalım,

Soldun çiçəklər kimi...