Şakir Xanhüseyn : - Neylədilər...

***
neylədilər
şair Akif Əhmədgilin çiçəklərinə?
qıydılar,
onları yaman günə qoydular,
yolub pörşələdilər,
heç elədilər...
al qanlarına etdilər qəltan--
qanını tökdülər qızılgüllərin,
dağın üstünə çökəntək duman
onların üstünə çökdülər,
əzdilər dabanlarıyla,
baş-başa qalmadılarmı vicdanlarıyla?
şair Akif Əhmədgil
ağlamadımı, görən,
ölən- solan çiçəkləriyçün?
ağlayıb yəqin, özü də hönkür-hönkür--
ürəyin birdən dolar ha ağlarsan,
eynən o çür...
...qətl edilən,
həyatlarına qəsd edilən çiçəkləri
Tanrı qoxlayır indi
heyranlıqla,
canı yananlıqla həm də,
hə...