Şakir Xanhüseyn : - İKİ BİR

Ədəbiyyat 08:33 / 12.05.2025 Baxış sayı: 1059

 

1

***

ən uzaq bir ulduzda

olsan da,

qəlbimdəsən;

bəyəm heç darıxmırsan

həmişə darıxan bu

darıxqan qəlbimdə sən?

2

***

kimə sağ ol deyəsən

hansı işinə görə...

gəl, məni

yerdən üzmə

qaldırmaqçın göylərə!