Şakir Xanhüseyn: - BU EVİN...

Ədəbiyyat 14:03 / 01.03.2024 Baxış sayı: 2241

 

Qapını bir qədər açıq saxla ki,

ev nəfəs alsın,

Boğulur elə bil, ev təngnəfəsdi...

Pəncərə nəm alır, soba üşüyür,

bıçaq öz-özünü kəsəcək, nədi...

Eşit samovarın sızıltısını,

yəqin biləsən ki, od, içindədi...

 

Hasara alınıb, bir yeri görmür,

evin canındakı alov səngimir...

Bu evdə qapını taybatay açıb

içəri keçməyə kədər ləngimir...

 

Tavandan asılan işıq mürgülü;

bax e, hər bir şeyi tənbəllik basıb...

...Bu evin "əlindən" yapışıb, tutub,

onu ayaq üstə qaldırmaq lazım...