Sabir Zəkullaoğlu : - Sözüm gənclərdir.

Zatən burda hamı gəncdir. Yaşlı dostlarımız varsa da inanmıram ki, onlar məni oxusunlar.
Elələri varsa, onlara xüsusi minnətdarlığımı bildirirəm..
Sözüm bu ki, insan yaşa dolduqca, təbii ki, onun səhhətində problemlər başlayır..
Əlbəttə, ilk olaraq həkimə müraciət edirik. Deyim ki, həkim baş vermiş və ya verməkdə olan xəstəliyi sağalda bilmir. Yəni bu günkü tibb elmi yaşlı insanlarda yaranmış xəstəlikləri sağaltmaq gücündə deyil.
Sadəcə olaraq, xəstəliyin alovlanmasının qarşısını müəyyən qədər ala bilir..
Yəni səhhətinizdə yaranmış xəstəlik, müəyyən yaş dövründən sonra tam sağalmır, bizimlə sona qədər yoldaşlıq edir...
Bu halda nsan vəziyyəti nəzərə alıb, reallıqla barışmalı olur...
Deyə bilərsiz ki, zatən barışmayıb nə edə bilər ki..?
O halda da haqlısız !
Şəxsən mən öz həyatından yola çıxıb bu qənaətə gəlmişəm..
Cavanlığa baxmayın.
Hərənin cavanlığı bir cürə keçir..
Bəlkə də elə adam var o heç cavanlıq dövrünü də düz əməlli yaşamayıb..
Onun cavanlığını ya din, ya milli mentalitet, ya valideyinləri, bir sözlə düşdüyü mühit onun əlindən alıb...
Məncə qocalıq hamıda eyni havayla gəlir..
Yəni, hava "heyva gülü" havasıdır...
Ola bilər "yanıq kərəmi" sifariş etsin...
Ancaq bu halda məcburdur ki, özü əl çalsın cavanlar oynasın...
Deməyim o ki, yaş keçdikcə, xəstəliklər baş qaldıracaq...
O halda onun dərdini çox da çəkməyin..
Çalışın gününüz xoş keçsin ki, ayın tarixini də unudasız...