Sabir Zəkullaoğlu : - Sevmək özü bir ədəbdir.

YAZARLAR 08:25 / 13.06.2024 Baxış sayı: 1669

Sevgi ləyaqətli adamlarda olur.

Ümumiyyətlə, sevmək özü bir ədəbdir.

Sevginin birinci şərti sədaqətdir-sevdiyinə sadiq olmaq.

Sevgi ruh halıdır. O ruh ki, səni idarə edir. Ağılı da aşır. Ona tabe olursan.

Və tabelikdə bir xöşbəxtlik var, tərkidünyalıq var. Özünü tapmaq var. Sevmək əslində, elə özünü tapmaqdır..

Əks halda sən sıradan birisən-milyonlardan biri..

Yaradan, yalnız seçilmişlərə sevgi bəxş edir.

Gərçək sevgidə xəyanət ola bilməz!

Xəyanət təkcə feli hərəkətlə olmur ki, düşünməyin özü belə xəyanətdir. Nəinki qarşında kiməsə baxasan, mümkünsə sağa, fürsət varsa sola gedəsən..

Yox, əlbəttə.

Sevmək istədiklərinin əksinə getmək, rassionallığı kənara qoyub, ruhunun sənə aşıladığı pak, təmiz, bakirə dünyanı yaşamaq deməkdir..

Ləzzəti, dadı öz sədaqətindən almaq, sevdiyin səndən minlərlə kilometr uzaqda ola bilər, ancaq vicdanın, ruhun ki yanındadır.

Bax o ruh halıdır sevgi..

Sevgi ağıl işi deyil, ruh işidir.

Ümumiyyətlə, ağıllı adamlar daha məkirli və riyakardırlar nəinki ruh adamları..

Bir sözlə, hiss edib, hətta yaşayıb, sözə, yazıya çevirə bilmədiyimiz bir hissdir sevgi..)