Sabir Zəkullaoğlu : - Qoca şir və qarışqaların məşvərəti
Günlər idi ki, ov ovlaya bilməyən ac bir şir, lap yaxın məsafədə, bir körpə ceyranın otlaya - otlaya onu doğu gəldiyini görüb, tez pusqu vəziyyətini alıb, gözləmə mövqeyinə keçdi..
Gözlədi ki,bməqam yetişən kimi şikarının üzərinə şığısın..
Belə də oldu..
Məqam yetişən kimi, şir götürüldu. Bir göz qırpımında ovunu əldə etdi.
Ac şir ola, körpə ceyran..
Ceyranın balasının dişisi həmişə daha kök və əti də daha yumuşaq olur...
Qoca şirin bəxtinə körpə, dişi ceyran düşmüşdü..
Adətən ovunu əvvəlcə boğub, sonra həzmi rab edən bu çöllər kralı, bu dəfə körpənin canını almadan, arxadan, budunun yumuşaq yerindən yeməyə başladı...
Ancaq şir ovunun dalınca qaçanda heç özü də hiss etmədən, ayaq pəncələri zəhmətkeş qarışqaların yuvasının düz ağzına düşmüşdü. Yüzlərlə qarışqa ölmüş, bir o qədər də yaralanmışdı. Yurdları xarabalığa çevrilmiş, tarı mar olmuşdur..
Ağlı başında olan, bu bəladan sağ salamat qurtaran qarışqalar, ölülərini dəfn edib, yaralılara əllərindən gələn yardımı etdilər ..
Sonda hər kəs şələsini yerə qoyub, bir yerə toplaşdılar. Məşvərət keçirdilər, toplantı yapdılar...
Müzakirə mövzusu bu oldu ki, bu bəla bizə hardan gəldi?
Nədən gəldi?
Axı bu nə bəla idi biz düşdük...?
Əlbəttə, heç kim anlaya bilmədi ki, bu nə bəladır..
Sonda bir ağsaqqal qarışqa toplantıya yekun vuraraq dedi;-
Mənim əzizlərim, bunun səbəbi odur ki, son vaxtlar biz allaha qarışqalıq eləmirik.
Hörümcəylik iddiasındayıq..
İbadətdən kənar düşmüşük. Namaz qılmırıq, oruc tutmuruq, bütün yaxşı işlərdən uzaq düşmüşük. Odur ki, qurbanı olduğum bizi cəzalandırır..
Ağsaqqalın bu çıxışından sonra, lap uzaqda, qapı ağzında dayanan, təzəcə bığları çıxmış, gözləri hələ donbalmamış, cavan bir qarışqa irəli çıxaraq, əlini ağsaqqal qarışqaya tərəf uzadaraq, nə namaz e, nə ibadət..?
Ölənlərin hamısı, namaz qılıb, oruc tutanlar idi, ibadət əhli idi...
Bunu eşidən ağsaqqal qarışqa, ölənlərin ruhuna bir salavat çəkməyi xahiş etdi..
Beləcə məclisə sakitlik çökdü, hər kəs bir qarışqa kimi başını aşağı salıb işlərinin dalınca getdilər...
Bu arada şir körpə şikarının son tikəsini yeməkdə idi..