Sabir Zəkullaoğlu : - O nədirsə yaxşı bir şeydir..
İnsan dünyasını dəyişəndə hamı deyir "Allah rəhmət eləsin". Təbii ki, mən də deyirəm...
Doğrusu bunun mənasının nə olduğunu, bu yaşa qədər gəlib çıxsam da, hələ də bilə bilməmişəm..
Zatən biz ata babalarımızdan eşitdiyimiz bir çox sözləri və adət ənənələri təkrarlayırıq, hətta onlar səhv etsələr belə...
Bir az da həssas yanaşsaq, səhv deməyək, yaşadıqları zamanın tələbi deyək...
Ola bilsin babalarımız zamanına görə haqlı olublar. Hər hansı ifadəyə və ya etdikləri hərəkətə görə.
Necə ki bir zamanlar komünist partiyasına üzv olmaq ehtiyac idi..
Müxtəsəri bu "Allah rəhmət eləsin"nin mənasını bilməsəm də, ancaq bilirəm ki, o nədirsə yaxşı bir şeydir..
Yəni dua, alqış, arzu kimi bir şeydir...
Odur ki, mən fikirləşirəm bu nəsnə daha çox bizə lazımdır, yeni dirilərə, nəinki ölülərə...
Mənasını bilən varsa yazsın, mən də bilim..