Sabir Zəkullaoğlu : - Gücün olmasa...

Bu dünyayla yola getmək üçün, onun dilini tapmaq lazımdır. Bəzən qarşındakını başa düşmək üçün onun dilini öyrənməyə məcbur olursan. Artıq bu an sənin istəyindən daha çox reallığın diqtəsi önə keçir.
Yəni məcburi gediş etməyə məhkum olursan.
Turan ideyası tarixin sifarişidir.
Tarixdən silinmımək üçün sən mütləq güclü olmalısan. Güc birlikdədir, dədələrimiz demişdir.
Ancaq ilk, başlanğıc olaraq bir yerədə olmaq, konuşmaq üçün bizə ortaq dil lazımdır.
Əslində tarixi proseslər dağdan axıb gələn gur dağ çayı kimi bir şeydir.
Ona yön verməyə heç ehtiyac da qalmır, hardan mümkünsə ordan axır.
Süni istiqamətləndirmınin də ömrü uzan olmur.
Odur ki, Turan birliyi üçün ortaq dil fikirləşməyə heç ehtiyac yoxdur.
Bu dil Anadolu türkcəsidir.
Çünki bu dil dünyanın daha böyük arealına yayılıb və bu gün, bu dil daha çox danışılan bir statusdadır.
Hətta fars mənşəli, Əfqanıstan - puştu və başqa millətlər də dünyaya inteqrasiya etmək üçün Anadolu türkcəsini öyrənməyə məcburdurlar.
Qısası, bu gün Anadolu türkcəsi pilot dildir.
Necə ki sovetlər dönəmində bizim dünyaya çıxışımız rus dili idisə, bu gün də Turan coğrafiyasının ümumi anlaşılan dili Anadolu türkcəsidir.
Fərq ondadır ki, o vaxt Sovet imperiyasının yürütdüyü siyasi və inzibati amirlik sistemi mövcud idi.
Bu gün isə bu birliyin yaranması tarixi sifarişdir. Həm də süni yox, təbii sifariş. Ortaq mədəniyyətə, kültürə, dinə malik olan türk xalqlarının birliyi..
Tıbii ki, Anadolu türkcəsinin pilot dil olması da səbəbsiz deyil.
Dili olanın gərək dilçəyi də olsun.
Tarixin harasından baxsaq görərik ki, türkün dili də var dilçəyi də.
Türkcə sevmək də gözəldir. Türkün dili ədəbiyyat dilidir. Poeziya, sevgi dilidir..
Heç şübhə etmirəm ki, yaxın gələcəkdə türk dilinin arealı təkcə Turan coğrafiyasında yox, daha geniş ərazilərdə danışılacaq.
Bunun üçün gərəkən tək şey güclü olmaqdır.
Gücün olmasa sənin dilində heç kim danışmayacaq...