Sabir Zəkullaoğlu : - Çalışaq sirli və sehirli olaq...

YAZARLAR 08:56 / 15.04.2025 Baxış sayı: 1128

İnsan kəşf olunmayıb.

Yəqin ki olunmayacaq da.

İnsanın kəşfi özünü kəşfdın başlayır.

Bütün əzaları, zehni, düşüncəsi bir bədəndə cəmləşən insan bəzən özü özünü idarə edə bilmir. Bəlkə də anormal hesab etdiyimiz hallar da əslindı normal hallardır.

Sadəcə biz həmişə öz rahatlığımızı cəmiyyətin bizə münasibətində axtarırıq, camaat nə diyır. - Xoşbəxtliyimizi orda görürük.

Cəmiyyətlərin də hər hansı bir hala, fakta münasibəti adətən fərqi olur. Yəni bir coğrafiyada sevgi kimi qiymətləndirilən hadisə, başqa coğrafiyada fahişəlik kimi dəyərləndirilə bilir.

Elə bizim cəmiyyətin özündə də insan özünə aid olanı müsbət, kənarda baş verən eyni hadisəni mənfi dəyərləndirə bilir.

Məsələn, insan vurulanda bunu öz həyatının xoşbəxt məqamı kimi danışıb, sevginin saflığından, təmizliyindən, ucalığından danışıb, Fizulidən də bir iki misra da deyir.

Ancaq başqa birisi onun yaşadığını təkrarlayırsa, adam onu qınayır, hətta daha uzaqlara gedib onu əxlaqsız adlandıra bilir.

Məncə ən güclü insan hisslərini, sirlərini bölüşməyən, qapalı insanlardır.

İnsan nə qıdər sirlidirsə, o bir o qədər cazibədar bə təhlükəsizdir.

Hətta özü və ya başqaları haqda nəinki mənfi şeyləri, həmdə yaxşı şeyləri də heç kiminlə paylaşmamalı, bölüşməməlidir.

Maləsəf insan sevəndə bunun əksini nümayiş etdirir. İnsan sevəndə hayqırmaq, paylaşmaq istəyir. Elə bil o bu sevgisini nə qədər çox car çəkib paylaşarsa, bir o qədər də xoşbəxt olur.

Ancaq sonrakı peşmanlığı depressiyadan başqa bir şey vermir.

Ümumiyyətlə sirri demək nə qədər adamı xoşbəxt edirsə, hətta ən doğman, ən sadiq dostun olsa belə, adam sonradan bir o qədər məyus və hörmətsiz olur.

Çalışaq sirli və sehirli olaq...