Sabir Yusifoğlu : - Ayrılaq

Ədəbiyyat 09:05 / 17.07.2024 Baxış sayı: 3740

Saçını sovuran mehin

üzündən öpüm, ayrılaq.

Əllərim telində gəzib,-

izindən öpüm, ayrılaq.

 

Ayrılaq qopan ah kimi,

yarpaq kimi, budaq kimi.

Titrəyən cüt dodaq kimi

sözündən öpüm, ayrılaq.

 

Həsrət yetişib dəyəndə,

iydələr çiçəkləyəndə,

ulduzlar gözün döyəndə,

gözündən öpüm, ayrılaq...

 

Sirrini kimsəyə vermə,

heç şəklimi də dindirmə...

Məktubla öpüş göndərmə,-

özün gəl!

Öpüm...

AYRILAQ!

       1992