Qırğızıstan prezidenti bacısı qızının bu görüntüsünə görə üzr istədi - VİDEO

Maraqli 17:54 / 28.06.2024 Baxış sayı: 2676

Qırğızıstan prezidenti Sadır Japarov  bacısı qızı Ləzzat Nurkojoyevanın evlilik təklifi videosuna görə üzr istəyib. 

Yenises.az xəbər verir ki, “Kabar” dövlət xəbər agentliyinə müsahibəsində prezident bu təklif üçün Fövqəladə Hallar Nazirliyinin helikopterinin icarəyə götürülməsini tənqid edənləri haqlı sayıb: 

“Əgər o, prezidentin qohumu olacaqsa, bu barədə düşünməli idi ki, özü tənqidə məruz qalmasın, prezidenti bu vəziyyətə salmasın. Məncə, bu, sadəcə, gəncliyin təzahürü idi. Evlilik təklifini daha təvazökar etmək olardı, əgər onlar bir-birini sevirlərsə, o zaman etiraz da olmazdı”, - deyə dövlət başçısı bildirib.

Japarovun fikrincə, dövlət başçısının yaxın qohumları nümunə göstərməli, israfçılıq etməməlidir. Eyni zamanda, o, bacısı qızının hərəkətinə görə vətəndaşlardan üzr istəyib.

“Əminəm ki, o, tənqidi dinləyib nəticə çıxaracaq. Ailə həyatı qurmağa hazırlaşır və indi öz hərəkətləri barədə əvvəlcədən düşünəcək”, – deyə prezident bildirib.