Qəşəm İsabəyli : - O DÜNYASINI VERSİN ALLAH LENİNİN

Rus ədibi Qorki yazırdı:
“Lenin deyərdi –
Trotski bizimlə işləyir,
Amma bizim adam deyil.
Bu sözləri özündən az sonra
Dünyadan getmiş
Bir böyük adam haqqında da
Deyərdi.”
Bu da Nərimanov idi:
"…bizimlə işləyir,
Amma bizim adam deyil!”
Bunlar Rus inqilabının atası
Volodyanın sözləriydi.
İndi rəhmətliklə həmrəy
Gör nə qədər demokratımız var
Azərbaycnda:
“Nərimanov bizim adam deyil!”
O dünyasını versin Allah Leninin!