Xatirə Rəhimbəyli - TÖKÜLSÜN

Ədəbiyyat 20:00 / 05.05.2026 Baxış sayı: 491

Sən məni arama ,qoy səndən ötrü

Həsrət ürəyimin başı tökülsün .

Sənin xəncərinin qaşı düşməsin,

Mənim gözlərimin yaşı tökülsün.

 

Sevda gör neylədi fərsiz başlara,

Üzgün ürəklərə, halsiz başlara .

Qoy qara qəlblərə, qoy pis başlara

Sənin həsrətinin daşı tökülsün !

 

Yamanca öyrəşib daha həsrətə ,

Bu mehri, ülfəti gəlsin lənətə !~

Getməz ki ,könlümdən, qəmə minnətə

Yüz ağıllı gəlsin, naşı tökülsün ...