Əşrəf Veysəlli - YANINDA

Ədəbiyyat 09:32 / 06.05.2026 Baxış sayı: 227

 

“ Qara kəhriz” qara günə qalıbmı?-

Susuzluqdan solan olub yanında.

Zəncirində qaxaclaşıb itimiz,

Yurd- yuvamız talan oluçb yanında.

 

Qollarında nə hey qalıb, nə təpər,

Yağan yağış yanan kəndə su səpər.

Niyə ölüb yerə girmir bu çəpər,-

Gör nə qədər ölən olub yanında…

 

Hansı namərd rüxsət verib o gecə,-

Yağılara fürsət verib o gecə…

Tanrım bizə bir dərd verib o gecə,

Bütün dərdlər yalan olub yanında.

1993- cü il.