Şakir  Xanhüseyn - SİNONİMLƏR VƏ BƏDİİ MƏTN

YAZARLAR 09:26 / 06.05.2026 Baxış sayı: 279

 

Dilimizdə sinonim sözlər var ki, bir-birinin yerində işlənə bilir, bir-birini əvəz edir, şəkilcə fərqli, mənaca bir...məsələn, böyük, iri, nəhəng və s.

Ancaq əlahəzrət şeirdə sinonimlik olmur, yəni sən şeirdə bir sözü başqa bir sözlə heç cür əvəzləyə bilməzsən.

"Azərbaycan" şeirində şair deyir ha

Könlüm keçir Qarabağdan...burda könül sözünü qəlb, ürək sözləriylə dəyişmək olarmı, yox, yerinə düşmür. Yaxud elə Səməd Vurğunun məşhur "Dünya" şeirində dünya, cahan, kainat kimi sinonimlər işlənir ki, onları bir biriylə əvəz etmək mümkün deyil, bax, şeir burda mistik bir özəllik qazanır! Nəsr əsərlərində, ümumiyyətlə, bədii mətndə bu özünü göstərir və istənilən qədər nümunə gətirmək olar...

Bəli, şeirdə, bədii mətndə bir söz olur, o sözün yerinə heç bir ifadəni, sözü işlətmək olmaz. Əgər belə bir hal olarsa, demək, o şeir söz yığınıdı, ilahi bir özəlliyə malik deyil!