"Qarabağ" və "Qalatasaray" arasında daha bir yoldaşlıq oyunu olacaq

İDMAN, Maraqli 10:00 / 27.03.2023 Baxış sayı: 3397

 

Türkiyə "Qalatasaray"ı ilə "Qarabağ" arasında daha bir yoldaşlıq oyunu olacaq.

Yenises.az  xəbər verir ki, bu barədə "Qalatasaray"ın prezidenti Dursun Özbek açıqlama verib.

Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib: "Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim".

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı "Qarabağ" - "Qalatasaray" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.