Prezident və xanımı Ankarada tarixi mərasimdə

Gündəm 22:34 / 03.06.2023 Baxış sayı: 1868

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir.

Yenises,az  Teleqraf.com -a  istinadla  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Bundan başqa tədbirə bir neçə ölkənin dövlət və hökumət başçıları da qatılıb.

Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.

Daha sonra o, ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.