Məktəblilərin payız tətili BAŞA ÇATDI

MƏMLƏKƏT 09:40 / 21.11.2023 Baxış sayı: 1079

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb.

Bu barədə  Yenises.az-a  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub.

Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.