Masallıda zəlzələ baş  verdi

MƏMLƏKƏT 08:38 / 25.05.2023 Baxış sayı: 1131

Azərbaycanda zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 05:36-da Lənkəran stansiyasından 26 km şimal-qərbdə, Masallı rayonunda 3.1 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.

 

Yeraltı təkanlar hiss olunmayıb.