Könül Nuriyeva·-  Əgər   gözəl   bir   yazı  yazmaq  istəsən...

YAZARLAR 08:51 / 08.07.2026 Baxış sayı: 461

 

Əgər gözəl bir yazı yazmaq istəsən və ürəyinin dərinliyində getmək istəyin yalnız özünə məlum olsa, yaza bilməyəcəksən. Axı gözəl yaz yağışına buludlar əvvəlcədən hazırlaşmırlar.

Bəlkə deyəcəyin son sözlərdən əvvəl sən uzun müddət susmusan, “Şindlerin siyahısı" filmindəki qırmızı paltarlı balaca qız kimi ətrafa baxmısan, ağlı-qaralı dünyada qırmızı paltoda olmağın səni hürküdüb.

Bəlkə də atasının diqqət etmədiyi və sevmədiyi evin böyük oğlu kimi canından keçməyə hazır olmusan ki, atan səni həyatında heç olmasa bir dəfə görsün. Ölümünlə onun gözünə özünü salmaq istəyini başa düşəcəkmi? Bu fikir səni həmişə narahat edib…

Nə bilmək olar, “Apokalipsis bu gün" dəki kimi cəngəlliklərin dəli olmuş polkovniki Kurtzunin qəhrəmanı olmaq ağlından keçib…

Ya da adi və sadə bir söz deməyi üstün tutubsan. Həmin söz “The mother” dəki ananın yalanına bənzəyib. “Tütək səsi” ndəki Sayalının diliylə demədiyi, amma baxışlarında gəzdirdiyi sözlər kimi adamın ürəyinə sancılıb.

Bəzən də fikirləşmisən ki, görəsən hər kəsin dünyası varmı? Əslində cavabını bilmisən, amma bu sualın cavabını son sözünə yerləşdirmək istəməyibsən