"Kipr türklərini qorumaq üçün daha çox qüvvə və silah göndərəcəyik" - Çavuşoğlu

DÜNYA 20:08 / 29.09.2022 Baxış sayı: 1194

“Kıbrıs türklərini qorumaq üçün ora daha çox qüvvə göndərəcəyik və onların silah baxımından ehtiyacı olan hər şeyi qarşılayacağıq”

Bu  sözləri  Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın Egey və Aralıq dənizində artan təxribatları ilə bağlı mühüm açıqlamalar verərkən  deyib.

Nazir Çavuşoğlu, "Kıbrıs türklərini qorumaq üçün ora daha çox qüvvə göndərəcəyik və silah olaraq ehtiyac duyduqlarını qarşılayacağıq" deyə bildirib. 

Nazir çıxışında dünya Türkiyəyə qarşı dursa belə , Kiprdə , Egeydə və Şərqi Aralıq dənizində öz hüquqlarını və qanunlarını qorumağa davam edəcəklərini və bu mövzuda qərarlı olduqlarını söylədi.

 Çavuşoğlu ABŞ tərəfinin verdiyi qərara cavab olaraq, "Kıbrıs türklərini qorumaq üçün ora daha çox qüvvə göndərəcəyik və onların silah baxımından ehtiyacı olan hər şeyi qarşılayacağıq" deyib. Türkiyənin hüquq və mənafelərini qorumaq üçün diplomatiyanın bütün vasitələrindən istifadə etdiklərini vurğulayan Çavuşoğlu, meydanda və masa arxasında güclü olduqlarının vurğulayıb.