Kəramət : - Yer üzü yiyəsiz evdi

Ədəbiyyat 10:32 / 04.10.2023 Baxış sayı: 1513

Yuvalar quşların dalınca uçdu

qoca da tumaçcaq cocuğu qucdu

Bir sərxoş gözünün yaşını içdi

Qovdu qəbr evinə yiyəsiz evlər

 

Qovdu, qovdu bizi qəbr evinəcən

Adəmin, Həvvanın səbr evinəcən

bir e..hey var imiş məndən sənəcən

boş yuva sakini xatirə divlər

 

Arayıb tapdınmı günah keçisi

Mənəm o ilahi sözün elçisi

Xəzəl küçəsində Qədr gecəsi

Pıçıldar: "Yer üzü yiyəsiz evdi"